"Togg" yeni modeli T10F-in görüntüləri paylaşılıb.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, şirkətin rəhbəri Gürcan Karakaş T10F-i istifadəçilərə təqdim etmək üçün dayanmadan çalışdıqlarını deyib. O qeyd edib ki, artıq yeni modelin sınaqlarına başlanılıb.
Avtomobilin sınaq testləri həm Türkiyədə, həm də xaricdə həyata keçiriləcək və 4 mərhələdən ibarət olacaq: təhlükəsizlik, dözümlülük, aerodinamika və mövsümi performans.
Modelin 2025-ci ilin birinci rübündə təqdim ediləcəyi və ilkin sifarişlərin qeydə alınacağı bildirilib. T10F bazara 3 fərqli texniki versiya və iki fərqli avadanlıq xüsusiyyətləri ilə çıxacaq: RWD Standard Range (arxa ötürücü), RWD Long Range (arxa ötürücü) və ikili motor.