ABŞ "özünümüdafiə məqsədilə" hərəkət etdiyini bəyan edərək, İranın cənubuna zərbələr endirib.
Modern.az "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmisi, kapitan Tim Hokins bildirib.
O hücumun hədəfləri arasında raket buraxılış qurğuları, eləcə də Hörmüz boğazında mina quraşdırmağa cəhd edən İran katerləri olduğunu söyləyib.