"Saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir".
Metbuat.az bildirir ki, bunu texnobloger Fərid Pərdəşünas iddia edib.
O qeyd edib ki, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir və bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur.
Metbuat.az