Tesla şirkəti 2023-cü ilin dördüncü rübündə illik 3 faiz artımla 25,2 milyard dollar ümumi gəlir əldə edib.
Metbuat.az arstechnica.com-a istinadən xəbər verir ki, şirkətin ümumi mənfəəti il ərzində 23 faiz,GAAP gəlirləri isə 39 faiz azalıb.
Sərbəst pul vəsaitlərinin dövriyyəsi rüb ərzində 33 faiz artıb, lakin onun əməliyyat marjası 2022-ci ilin dördüncü rübünün 8,2 faizlə demək olar ki, yarısıdır.
2023-cü ilin bütövlükdə ümumi gəlirləri 96,8 milyard dollar təşkil edib ki, bunun da 82,4 milyard dolları avtomobil gəlirlərindən əldə olunub. Bu da 2022-ci illə müqayisədə 15 faiz artım deməkdir. İlin ümumi mənfəəti 2022-ci ildən 19 faiz çox olub, lakin onun il üçün marjası aşağı düşüb. 2022-ci ildə 16,8 faiz, 2023-cü ildə 9,2 faiz, il ərzində isə sərbəst pul dövriyyəsi 100/42 faiz azalıb.
Seyranə Quliyeva / Metbuat.az