Oğuzda mikroavtobusun qəzaya uğraması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, rayonun Sincan kəndində "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, Balakən rayonunun Qazma kənd sakini, 64 yaşlı Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəza zamanı habelə daha 6 nəfər xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.