Bakı.Trend:
İsrail və Yunanıstan arasında hər iki ölkənin tarixindən ən böyük – 3 milyard avro dəyərində müqavilə bağlanıb.
Bu barədə İsrail Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Məlumata görə, “Axilla qalxanı” adlandırılan saziş çərçivəsində Yunanıstana “Rafael” şirkətinin istehsalı olan “David’s Sling” və SPYDER, eləcə də Israel “Aerospace Industries” şirkətinin istehsal etdiyi BARAK MX daxil olmaqla, bir sıra İsrail sistemləri təhvil veriləcək.
Saziş İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki qərargahında qurumun baş direktoru Amir Baram və onun yunan həmkarı İoannis Bouras tərəfindən imzalanıb.
“Axilla qalxanı” müqaviləsi çərçivəsində “David’s Sling”, BARAK MX, SPYDER, MMR radarları və İsrailin idarəetmə sistemindən istifadə etməklə Yunanıstanda çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaradılacaq.