Bakı. Trend:
Nepalın Çin sərhədi yaxınlığındakı Rasuva bölgəsində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 804-ə yüksəlib.
3300-dən çox şəxsdən isə hələ də xəbər yoxdur.
Axtarış-xilasetmə və meyitlərin identifikasiyası işləri davam etdirilir.
ABŞ Nepalda 10 minə qədər ailəyə ərzaq yardımı da daxil olmaqla 3,6 milyon dollardan çox humanitar yardım göstərəcəyini açıqlayıb.