Bakı. Trend:
ABŞ silahlı qüvvələri İranın cənubundakı Larak adasında iki raket kompleksini məhv edib.
Bu barədə “Axios” məlumat yayıb.
Hadisə bu gün səhər saatlarında baş verib.
İddiaya görə, İran ordusu həmin qurğulardan Hörmüz boğazına dəniz minaları daşıyan raketlər atmaq üçün istifadə etmək niyyətində idi.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 25-də verdiyi açıqlamada Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini təkrarlayıb. O, həmçinin ABŞ qüvvələrinin boğazın minalanmasına icazə verməyəcəyinə zəmanət verib.