Bakı. Trend:
Atasını qətlə yetirməkdə ittiham edilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.
Məhkəmənin növbəti iclası 2 sentyabrda baş tutacaq.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Sabunçuda baş verib. Mübahisə nəticəsində Ayxan atasını bıçaqlayaraq qətlə yetirib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.