Bakı. Trend:
Avqustun 12-də Bakının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Səbail rayonunda və “Qaz İxrac” İdarəsi tərəfindən Xəzər rayonunda aparılacaq təmir işləri ilə əlaqədar 12.08.2026-cı il tarixində saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.