Son günlər Türkiyə siyasətində Cümhuriyyət Xalq Partiyası (CHP) ilə bağlı baş verən qalmaqal ən çox müzakirə olunan məsələlərdəndir. CHP-nin 2023-cü ildəki 38-ci qurultayında qəbul edilmiş qərarın məhkəmə tərəfindən ləğvi və Özgür Özelin sədr postundan uzaqlaşdırılıb Kemal Kılıçdaroğlu yenidən rəhbərliyə qaytarılması tanınmış simaların da olaya münasibət bildirməsinə səbəb olub. Modern.az xəbər verir ki, dünya miqyasında tanınmış türkiyəli pianoçu və bəstəkar Fazil Say sosial media hesabında baş verənlərə fəqli münasibət sərgiləyib. O yazıb: “Müxalifət tərəfindən prezidentliyə namizəd kimi irəli sürülən aşağıdakı üç siyasətçi çox oxşar xüsusiyyətlərə malik idi:
- Ekmeleddin İhsanoğlu (2014) - Muharrem İnce (2018) - Kamal Kılıçdaroğlu (2023)
Hər üçü sanki ümid yaradır, populyarlıq qazanır və genişmiqyaslı kütləvi dəstək qazanırmış kimi davranırdılar.
Hər üçü ya seçki məğlubiyyətlərindən sonrakı gün yoxa çıxdı, ya da qəribə, tərəddüdlü açıqlamalar verdi. Seçicilər hər üçünə səs verdiklərinə peşman oldular və 2-3 il sonra hər üçü insanların "Ola bilməz", "Bu mümkün deyil", "Bizi aldatdılar", "Nəyə səs verdik?" deməsinə səbəb olan şeylər etdilər.
Hazırda Kemal Kılıçdaroğlu məhz bu məqamdadır. Ona bir kəlmə ilə etibar etmək olmaz və CHP seçiciləri çox qəzəblidirlər. Onu heç vaxt bağışlamayacaqlar.
CHP-nin əsl lideri Özgür Özel bu çətin günlərin öhdəsindən güclü və qəhrəmancasına gəlir. Əlbəttə ki, qarşıdakı dövrdə B/C/D planları işə salınacaq. Nə çətindir...”