Bakı. Trend:
2026-cı ilin yanvar-oktyabr aylarında informasiya və rabitə müəssisələri tərəfindən 3 milyard 639,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,9 faiz çox xidmət göstərilib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, xidmətlərin 1 milyard 104,7 milyon manatını (30,4 faizini) mobil telefon rabitəsi, 589,1 milyon manatını (16,2 faizini) internet, 641,5 milyon manatını (17,6 faizini) proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi, 427,7 milyon manatını (11,7 faizini) informasiya, 876,6 milyon manatını (24,1 faizini) isə digər informasiya və rabitə xidmətləri təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə proqram təminatının işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətlərinin dəyəri real ifadədə 29,0 faiz, internet xidmətlərinin 21,6 faiz, informasiya xidmətlərinin 6,4 faiz, mobil telefon rabitəsi xidmətlərinin 2,7 faiz, digər informasiya və rabitə xidmətlərinin dəyəri isə 2,3 faiz artıb.