Bakı.Trend:
"Claude" neyroşəbəkəsinin işində genişmiqyaslı nasazlıq baş verib.
“Downdetector” portalının məlumatlarına əsasən, istifadəçilər xidmətin fəaliyyətində nasazlıqlarla üzləşirlər.
ABŞ və bir sıra Avropa ölkələrinin, o cümlədən Almaniya, Çexiya, Xorvatiya, Fransa və Böyük Britaniyanın istifadəçiləri nasazlıqlarla bağlı məlumat veriblər. Bir saatdan az müddət ərzində xidmətə 10 mindən çox şikayət daxil olub.
İstifadəçilər hesablarına daxil olmaqda çətinlik çəkdiklərini, həmçinin tətbiqin işində problemlərlə üzləşdiklərini bildiriblər.
Qeyd edək ki, "Claude" ABŞ-nin "Anthropic" şirkəti tərəfindən hazırlanmış, mətnlərin təhlili və yaradılması, proqramlaşdırma, məlumatların emalı və müxtəlif intellektual tapşırıqların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş süni intellekt modelidir.