Bakı.Trend:
Böyük Britaniya "Xlinks" və "Green Energy Corridor Company" arasında əməkdaşlıq çərçivəsində Xəzər regionundan Avropa bazarına təmiz enerjinin nəql edilməsi təşəbbüsünü dəstəkləyəcək.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, energetika son 30 ildə inkişaf edən Böyük Britaniya-Azərbaycan münasibətlərinin əsasını təşkil edir.
Norman "Xlinks" və "Green Energy Corridor Company" arasında Xəzər regionundan Avropa bazarına təmiz enerji tədarükü sahəsində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumunun imzalanmasını alqışlayıb.
“Biz bu fəaliyyəti dəstəkləyəcəyik”, – deyə səfir bildirib.
Diplomat vurğulayıb ki, energetika sahəsində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır.