Bakı.Trend:
ABŞ silahlı qüvvələrinin arsenalında olan beşinci nəsil qırıcı təyyarə Oman körfəzi üzərindən uçuş həyata keçirən zaman qəza siqnalı göndərib.
TASS-a bu barədə aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat verib.
"Lockheed Martin F-35A Lightning II beşinci nəsil qırıcı təyyarəsi Asiyadan uçaraq Oman körfəzi üzərindən keçdikdən sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisində eniş etmək məqsədilə qəza siqnalı göndərib", – deyə agentliyin həmsöhbəti bildirib.
O, belə bir siqnalın verilməsinin səbəbini açıqlamayıb, lakin təyyarənin artıq regiondakı hərbi bazalardan birinə eniş etdiyini qeyd edib.