Bakı. Trend:
"United Launch Alliance" (ULA) şirkətinə məxsus "Vulcan" raketi buraxılışdan təxminən 10 dəqiqə sonra qəza ilə üzləşib.
Bu barədə şirkət "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
"Kosmik Buraxılış Kompleksi 41-dən (SLC-41) həyata keçirilən buraxılış zamanı Vulcan raketinin uçuşunun 10-cu dəqiqəsində qeyri-adi vəziyyətlə qarşılaşdığını təsdiqləyirik. Nəticədə, "Amazon" missiyasının faydalı yükü orbitə çatdırılmayıb", – deyə bəyanatda bildirilib.
İlkin məlumatlara görə, nasazlıq raketin yuxarı pilləsinin işində yaranıb.