Bakı. Trend:
Xaçmaz rayonunda ikimərtəbəli fərdi yaşayış evində baş verən yanğın nəticəsində qadın həyatını itirib.
Trend-in məlumatına görə, hadisə noyabrın 15-də saat 20 radələrində rayonun Xanoba kəndində qeydə alınıb.
Yanğın nəticəsində evdə tənha yaşayan, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızı hadisə yerində yanaraq ölüb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.