Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Xocalı rayonunun Mehdibəyli, Almalı və Kosalar kəndlərinin su təchizatının tikintisi işlərinin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 1 500 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 2 noyabr 2026-cı il saat 17:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 2 noyabr saat 17:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 55 225 12 31
Əlaqədar şəxs: Yusif Hüseynov
Email: [email protected]
Ünvan: AZ1102, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MOSKVA PROSPEKTİ, ev.69A