Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti Lerik, Quba və Bərdə rayonlarının kəndlərində su təchizatı sisteminin yaxşılaşdırılması üzrə layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
Prosedurda iştirak haqqı 250 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 26 oktyabr 2026-cı il saat 18:00-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 26 oktyabr saat 18:00-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 377 07 70 (601)
Əlaqədar şəxs: Elşad Fərəcov
Email: [email protected]
Ünvan: Bakı ş. AZ1000, Hökümət Evi, mər. 5