Rusiya xarici işlər naziri Sergey Lavrov general Alekseyevə qarşı sui-qəsd barədə danışıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Lavrov bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsinin general-leytenantı Vladimir Alekseyevə qarşı törədilən sui-qəsd Kiyevin münaqişənin nizamlanması üzrə danışıqları pozmağa yönəlmiş davamlı təxribatlara hazır olduğunu göstərir.
“Harasa dair proqnoz vermək niyyətində deyiləm. Bu, mənim səlahiyyətim deyil, qərarı ölkəmizin rəhbərliyi verəcək. Bu terror aktı növbəti dəfə Zelenski rejiminin danışıqlar prosesini pozmağa yönəlmiş daimi təxribatlara kökləndiyini təsdiqlədi”, - deyə Lavrov vurğulayıb.
Fevralın 6-sı səhər Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko general Alekseyevə qarşı sui-qəsd cəhdi barədə məlumat verib. İstintaqın məlumatına görə, naməlum şəxs Moskvada Volokolamsk şossesində yerləşən yaşayış binasında generala bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.