Bakı. Trend:
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Sabah”ın qonağı olacaq “Borussiya Dortmund” Almaniya Bundesliqasında növbəti oyununu keçirib.
Sözügedən komanda VI turda səfərdə "Yunion Berlin"in qonağı olub. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran Dortmund təmsilçisi turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Borussiya Dortmund" görüşü saat 20:45-də başlayacaq.