Bakı. Trend:
Xırdalanda 20 yaşlı gənc binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb.
Trend-in məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib.
Belə ki, Cavid Yusifov beşinci mərtəbədən yıxılaraq həyatını itirib.
Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.