Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın Əz-Zintan şəhərindəki iqamətgahına hücum zamanı ona 18 atəş açıldığı bildirilib.
Modern.az xəbər verir ki, bu barədə “Əl-Hadath” televiziyası məlumat yayıb.
Mənbələr qeyd ediblər ki, hücum zamanı iki silahlı şəxs birbaşa Seyf əl-İslamın iqamətgahına daxil olub, digər iki nəfər isə binanın xaricində keşik çəkib.
Kanalın məlumatına görə, hücum zamanı Seyf əl-İslam telefonda danışırdı. Onun silahdaşlarından biri ona evinə edilən hücum barədə xəbər verib. (AzərTac)