Türkiyənin Səudiyyə Ərəbistanı-Pakistan Strateji Qarşılıqlı Müdafiə Sazişinə (2025-ci ilin sentyabrında imzalanıb) qoşulmaq üçün danışıqlar apardığını bildirir.
Modern.az xəbər verir ki, bu sazişə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə bəndi daxildir: "üzvlərdən birinə hücum bütün üzvlərə hücum hesab olunur".
Qərb mediası Ankara ilə razılaşmanın reallaşma ehtimalının yüksək olduğunu vurğulayır.
Türkiyə bu hərbi birliyə qoşularsa, blok əhəmiyyətli dərəcədə təsir qazanacaq: Səudiyyə Ərəbistanının maliyyəsi və diplomatiyası, Pakistanın nüvə potensialı və ordusu, üstəgəl Türkiyə silahlı qüvvələri və müdafiə sənayesi bu hərbi bloku "İslamın NATO"suna çevirəcək.
Türkiyəli ekspertlərin fikrincə, ABŞ-ın getdikcə öz və İsrail maraqlarına diqqət yetirdiyi bir vaxtda Türkiyə üçün bu, müstəqilliyini gücləndirməyin bir yoludur.
Razılşma hələlik rəsmi təsdiq olunmasa da, prosesin sürətlə getdiyi bildirilir.
Xatırladaq ki, yanvarın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən mətbuat konfransında bu suala cavab vermişdi. O, "hazırda görüşlər və müzakirələr aparılır, lakin hələlik heç bir razılaşma imzalamamışıq", - deyə açıqlama vermişdi.
Fidan prezident Ərdoğanın vizyonunun daha geniş: "bütün ölkələrin təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq edə biləcəyi, bir-birinə etibar edə biləcəyi və problemləri xarici müdaxilə olmadan həll edə biləcəyi inklüziv regional platforma yaratmaq" olduğunu vurğulamışdı.