Bakı. Trend:
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Paylaşımda qeyd olunub:
"Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqının və dövlətinin Zəfər Gününü səmimi-qəlbdən təbrik edirik. Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları ehtiram və rəhmətlə yad edirik".
