Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 10. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 12. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.