Dünyadakı qeyri-sabitlik fonunda təhlükəsiz ölkələrə üz tutanların sayı artır.
Bu qlobal proseslər fonunda Azərbaycanda müvəqqəti yaşamağa maraq göstərən insanların sayı da rəsmi məlumata görə sürətlə artır.
Modern.az-ın sorğuya cavab olaraq Dövlət Miqrasiya Xidmətinə bildirilib ki, ötən il ərzində Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsinin alınması və bu icazənin müddətinin uzadılması ilə bağlı ümumilikdə 82 648 müraciət daxil olub.
Qeyd olunub ki, müraciətlər 165 ölkənin vətəndaşı tərəfindən edilib.