İqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncamla bu vəzifəyə Azər Bayramova gətirilib
Bununla da iqtisadiyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.
Qeyd edək ki, A.Bayramov bundan əvvəl maliyyə nazirinin müavini vəzifəsində çalışıb. O, xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.