Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinin sayı 1 milyondan çoxdur.
Modern.az xəbər verir ki, bu barədə Həmkarlar İttifaqları Konfederasiyasının VIII qurultayında sədr Sahib Məmmədov məlumat verib. Onun sözlərinə görə, üzvlərin 50,4 faizini qadınlar, 49,6 faizini isə kişilər təşkil edir. Seçkili orqanlarda qadınların təmsilçiliyi 56 faizi ötüb:
"Bu göstərici həmkarlar ittifaqlarında qadınların rolunun və ictimai fəallığının getdikcə artdığını nümayiş etdirir. Əsas prioritet istiqamətlərdən biri gənclərin həmkarlar ittifaqları sıralarına daha fəal cəlb olunması, onlara təşkilati işin metod və prinsiplərinin öyrədilməsi, eləcə də hərəkatda yeni lider nəslinin formalaşdırılmasıdır. Qeyd edək ki, üzvlərin 20 faizdən çoxunu gənclər təşkil edir. Həmkarlar ittifaqları təşkilatlarında çalışanların isə 11,9 faizi gənclərdir.