Bakı. Trend:
“Qalatasaray” futbol klubu Türkiyə Superliqasının doqquzuncu turu çərçivəsində doğma meydanda “Fənərbağça”ya 2:1 hesabı ilə qalib gəlib.
Qalib komandanın heyətində Viktor Osimhen iki dəfə fərqlənib (29-cu və 44-cü dəqiqələr).
“Fənərbağça"nın yeganə qolunu isə İrfan Kahveci vurub (62-ci dəqiqə).
“Qalatasaray” 22 xalla Türkiyə çempionatının turnir cədvəlinə başçılıq edir.