Bakı. Trend:
İraq sahillərində tankerdə yanğın baş verib.
Bu barədə Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Mərkəzin bildirdiyinə görə, İraqın Fao liman şəhərindən 63 dəniz mili cənub-şərqdə yerləşən tankerdə yanğın baş verməsi ilə bağlı üçüncü tərəf mənbələrindən çoxsaylı məlumatlar daxil olub.
Hazırda ekipaj üzvlərinin vəziyyəti, tankerə dəyən ziyanın miqyası və hadisənin ətraf mühitə mümkün təsirləri barədə məlumat yoxdur.