50 il əvvəl çəkilmiş "Ulduz müharibələri" filmini təbliğ edən poster hərraca çıxarılıb.
Metbuat.az xəbər verir ki, 1977-ci ildə rəssam və poster dizayneri Tom Yunq tərəfindən akril və aerofırça texnikalarından istifadə edilərək yaradılan poster ABŞ-də satışa çıxarılıb. Poster 3875000 dollara satılıb.
Qeyd edək ki, poster filmin nümayişindən əvvəl hazırlanmışdı. Bu, "Ulduz müharibələri" seriyasında ən yüksək qiymətə satılan sənət əsəridir. Əvvəlki rekord 3,6 milyon dollara satılan "Ulduz müharibələri" filmlərindəki cani Dart Veyderin işıq qılıncına məxsus idi.