Bakı. Trend:
Mask Starlink-in Ukraynada fəaliyyətini məhdudlaşdırmağı şəxsən əmr edib.
The Wall Street Journal (WSJ) qəzetinin məlumatına görə, məhdudiyyətlər İlon Maskla Donald Tramp arasında telefon danışığından dərhal sonra, oktyabrın 14-də tətbiq edilib.
Nəşrin məlumatına görə, Mask bu məsələni digər ABŞ rəsmiləri ilə də müzakirə edib, lakin onların heç də hamısı onun qərarını dəstəkləməyib.
Döz növbəsində, Pit Heqset ABŞ-nin Starlink-in fəaliyyətini məhdudlaşdırmadığını, Ukraynanın sadəcə istifadə şərtlərini pozmuş ola biləcəyini bildirir.
“Biz heç nəyi məhdudlaşdırmamışıq. Xidmətlərin göstərilməsi ilə bağlı riayət edilməli olan şərtlər mövcuddur və həmin şərtlər çərçivəsində Starlink şirkəti müvafiq qərarlar qəbul etmək hüququna malikdir. Lakin bizim nöqteyi-nəzərimizdən heç nə dəyişməyib. Biz heç bir göstəriş və ya buna bənzər hər hansı tapşırıq verməmişik. Əlbəttə, ukraynalılara uğurlar arzulayırıq”, – deyə Pentaqonun rəhbəri bildirib.
Bununla yanaşı, WSJ yazır ki, Starlink-in Ukraynadakı fəaliyyətini məhdudlaşdırmağı şəxsən İlon Mask əmr edib. Nəşrin mənbələrinin iddiasına görə, o, bu qərarı Trampla telefon danışığı zamanı müzakirə edib.
WSJ-nin məlumatına görə, onların hər ikisi Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi zərbələrdən narazı olub.