Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb.
Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
**.
11:35
Sumqayıtda partlayış olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanındakı yaşayış binasında qeydə alınıb.
Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.