Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlalayıb.
Bu barədə Modern.az-a Agentlikdən nməlumat verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.
***
10:16
Qəbələ rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı kütləvi zəhərlənmə baş verib.
Modern.az-ın məlumatına görə, toyda iştirak edən 50-ə yaxın şəxsin qidadan zəhərləndiyi bildirilir.
Zəhərləmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən arasında azyaşlıların olduğu bildirilir.
Hadisə bağlı araşdırma aparılır.