Bakı. Trend:
ADNOC-un “Cənub Qaz Dəhlizi” şirkətindəki 12,5%-lik payı alması şirkətin reytinq qiymətləndirməsinə təsir etməyib.
Bu barədə beynəlxalq reytinq agentliyi "Fitch"in hesabatında bildirilib.
2026-cı ilin sentyabr ayında Azərbaycan “Cənub Qaz Dəhlizi” şirkətindəki 12,5%-lik iştirak payının Abu-Dabi Milli Neft Şirkətinin (ADNOC) beynəlxalq investisiya bölməsi olan "XRG SGC Limited" şirkətinə satışını başa çatdırıb.
"Fitch Ratings"in qeyd etdiyi kimi, Azərbaycan şirkət üzərində nəzarəti və əsas qərarların qəbul edilməsi səlahiyyətlərini özündə saxladığı üçün sövdələşmə “Cənub Qaz Dəhlizi”nin reytinq qiymətləndirməsinə təsir göstərməyib.
“Sövdələşmə korporativ idarəetmə və texnoloji inkişaf baxımından müsbət amildir. Bundan əlavə, “Cənub Qaz Dəhlizi” XRG-nin Xəzər regionundakı digər layihələri ilə əməkdaşlıq sayəsində sinerji effektindən faydalana bilər”, – deyə "Fitch"in materiallarında bildirilir.