Bakı. Trend:
Bakının Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə saat 10 radələrində Moskva prospekti 45 ünvanında, tunelin girişində qeydə alınıb.
Qismət Qaçayevin idarə etdiyi “Toyota” markalı avtomobil Asif Ağaverdiyev Asifin idarə etdiyi “Dayun DY-156-ES” markalı motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.