Bakı. Trend:
Rusiyanın Kemerovo vilayətində Yaqunovo kəndi yaxınlığında hərbi təyyarə qəzası baş verib.
Bu barədə vilayətin qubernatoru İlya Seredyuk "Telegram" kanalında məlumat yayıb.
Onun bildirdiyinə görə, hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir və region rəhbərliyi tərəfindən zəruri köməklik göstərilir. Qəzanın başvermə şəraiti səlahiyyətli qurumlar tərəfindən araşdırılır.
“SHOT” Teleqram kanalının məlumatına görə, Kemerovo vilayətində "An-12" təyyarəsinin qəzaya uğramasına səbəb mühərriklərindən birində havada baş verən yanğın ola bilər. Məlumata görə, yanğından sonra təyyarə qəfil burnunu aşağı yönəldərək sürətlə enməyə başlayıb.
Təyyarənin göyərtəsində 13 nəfərin olduğu bildirilir. “REN TV” isə təyyarədə 17 ekipaj üzvünün olduğunu yazıb. Məlumatlara görə, qəzadan sağ çıxan olmayıb.