Bakı. Trend:
Bir neçə saat öncə ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazının qanunsuz hesab olunan cənub hissəsindən keçməyə cəhd edən iki neft tankeri dəniz minasına düşüb və bir neçə partlayış qeydə alınıb.
Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı məlumatda öz əksini tapıb.
“Sözügedən partlayışların baş verməsi nəticəsində iki neft tankerində güclü yanğın baş verib.
Bu hadisə ötən gecə digər iki neft tankerinin minaya düşərək parltamasından bir qədər sonra baş verib. Beləliklə, ötən gündən indiyə qədər Hörmüz boğazında 6 neft tankeri minaya düşüb. Nəticədə sözügedən tankerlər batır. Bu tankerlərin partlaması nəticəsində Hörmüz boğazının sahilləri və sularına çirkləndirici yayılırr”, - deyə məlumatda qeyd olunub.
SEPAH bildirir ki, İranın addımları ABŞ ordusununun dəniz blokadasın və Hörmüz boğazında İranın qaydalarının pozulmasına qarşıdır. Qaydaları pozan neft tankerlərinə qarşı sərt tədbirlər görülür. İran neft şirkətlərinin sahiblərinə xəbərdarlıq edir ki, Hörmüz boğazının cənub marşrutuna minalar döşənib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.