Bakı.Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər etməyi planlaşdırır.
"Armenia Today"in yazdığına görə, bunu ermənistanlı Baş nazir keçirdiyi brifinqdə bildirib.
Paşinyan BMT-nin iqlim konfransında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcəyini diqqətə çatdırıb.
“Bəli, COP-da iştirak etmək üçün Antalyaya getməyi planlaşdırıram”, – deyə o bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.