Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski müharibə dövründə tutduğu vəzifənin yaratdığı stressin onun səhhətinə təsir etdiyini bildirib.
O bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində danışıb.
“Gündə yüzlərlə sövdələşmə bağlamalı olrusan. Bu, rahat deyil. Çox həssas məsələdir”, - deyə o bildirib.
Zelenski əlavə edib ki, bu müddət ərzində “çoxlu səhvlərə” yol verib.
Müsahibədə Zelenski eyni zamanda Rusiya ilə sülh danışıqlarının asan olmayacağını bildirib.