Bakı.Trend:
Yunanıstanın Ədliyyə Nazirliyi telefon fırıldaqçılığını xırda hüquqpozma kateqoriyasından çıxararaq 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan ağır cinayət kimi təsnifləndirəcək qanunvericiliyə dəyişiklik hazırlayır.
Bu barədə Yunanıstanın "Newpost" informasiya portalı məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyi əsasən yaşlı insanları telefon vasitəsilə aldadaraq varlanan cinayətkar qruplaşmaların fəaliyyətinin qarşısını almağa çalışır.
Yaxın günlərdə bu növ dələduzluğu ağır cinayət kimi təsnif edən və 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutan xüsusi normanın qəbul ediləcəyi gözlənilir.