Bakı.Trend:
Hörmüz boğazında ticarət gəmisinə hücum olub, nəticədə gəmidə yanğın başlayıb.
Bu barədə “Reuters” Böyük Britaniyanın Dənizlə yükdaşımalarınının əlaqələndirilməsi mərkəzinə (UKMTO) istinadən məlumat yayıb.
Əlaqələndirmə mərkəzinin məlumatına əsasən, gəminin göyərtəsinə naməlum mərmi tuş gəlib və nəticədə gəmidə yanğın meydana gəlib. Gəminin heyət üzvləri təxliyə olunub, onlardan ikisinin yaralandığı bildirilir.
Gəminin adı, hansı bayraq altında üzdüyü, qeydiyyat limanı və insidentin baş verdiyi dəqiq koordinatlar açıqlanmayıb.