Bakı. Trend:
İran ABŞ tərəfinə vasitəçilər vasitəsilə Hörmüz boğazının açılmasının yerinə yetirilməsindən asılı olduğu yeddi şərt təqdim edib.
Bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.
“İran ABŞ tərəfinə vasitəçilər vasitəsilə Hörmüz boğazının açılması üçün yeddi şərt təqdim edib və İran İslam Respublikasının ali orqanları tərəfindən təsdiqlənmiş bu yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq. Beləliklə, İran və Oman arasında əldə olunan razılaşma Hörmüz boğazının açılması demək deyil”, - deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, boğazın açılması tamamilə Vaşinqtonun atacağı addımlardan asılıdır.