Bakı. Trend:
Azərbaycan Premyer Liqasında V turun ikinci oyun gününə yekun vurulub.
Günün ilk oyununda "Kəpəz" Gəncə şəhər stadionunda "Qəbələ"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu Viktor Stina vuraraq komandasına vacib 3 xal qazandırıb.
Günün sonuncu oyununda isə "Sumqayıt" öz meydanında "Şamaxı" kollektivini qəbul edib. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənərək xalları yarı bölüblər – 1:1. Meydan sahiblərinin heyətində Jean Oliveyra fərqləndiyi halda, qonaqların cavab qoluna Edqar Adilxanov imza atıb.
Qeyd edək ki, V tura sentyabrın 14-də keçiriləcək oyunlarla yekun vurulacaq.