Bakı. Trend:
ABŞ hərbçiləri beş İran neft tankerini məhv edib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“CENTCOM qüvvələri sentyabrın 8-də İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə iki dəfə ballistik raketlərlə hücum etməsindən sonra beş İran neft tankerini məhv edib”, – komandanlığın bəyanatında deyilir.
CENTCOM-un məlumatına görə, Oman körfəzində olan "Kaviz", "Charminar", "Horizon 1" və "Riesco" tankerləri, həmçinin Xark adası yaxınlığında yerləşən "Derya" gəmisi məhv edilib.
Bəyanatda qeyd olunur ki, sentyabrın 5-də də ABŞ hərbçiləri İslam Respublikasına məxsus üç neft tankerini məhv edib.