Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib.
İlk oyun gününün qalan 4 qarşılaşması keçirilib.
Azərbaycan təmsilçisi “Sabah”ın rəqiblərindən biri olan Dortmund “Borussiya”sı öz meydanında İspaniyanın “Vilyarreal” klubunu qəbul edib.
Günün mərkəzi qarşılaşması isə Madriddə baş tutub. “Real” doğma azarkeşləri önündə İtaliya nəhəngi “İnter”lə üz-üzə gəlib.
UEFA Çempionlar Liqası Liqa mərhələsi, I tur
23:00 "Borussiya Dortmund" (Almaniya) – "Vilyarreal" (İspaniya) 3:2 23:00 "Portu" (Portuqaliya) – "Mançester Siti" (İngiltərə) 0:2 23:00 "Lill" (Fransa) – "Betis" (İspaniya) 2:3 23:00 "Real" (İspaniya) – "İnter" (İtaliya) 2:1