Bakı.Trend:
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar sentyabrın 11-də ödəniləcək.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, müavinətlərin isə ayın 25-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2026-cı ilin yanvar–iyul ayları ərzində 24,6 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.