Bakı. Trend:
Azərbaycan və Əlcəzair arasınds enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Əlcəzairin dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab ilə ölkələrimiz arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasına hazırlıq məsələlərini müzakirə etdik. Karbohidrogen sektorunda və OPEC+ çərçivəsində mövcud tərəfdaşlıqla yanaşı, elektrik enerjisi, bərpa olunanenerji, eləcə də ticarət, kənd təsərrüfatı, sənaye, əczaçılıq və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.