Bakı. Trend:
Meksikada ənənəvi xalq bayramı zamanı kilsədə pirotexniki vasitələrin partlayışı nəticəsində azı 10 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Hadisə şənbə günü axşam saatlarında Mexiko ştatının Santa-Mariya-Kançesda bələdiyyəsində baş verib. Yerli hökumətin məlumatına görə, partlayış kilsənin ərazisində anbar kimi istifadə olunan otaqda saxlanılan pirotexniki vasitələrin partlaması nəticəsində baş verib.
Yerli KİV-lərin yaydığı videolara əsasən, hadisə onlarla insanın kilsənin qarşısında ənənəvi olaraq pirotexnika ilə doldurulan və sakinlər tərəfindən araba üzərində daşınan “buğa”nın yandırılmasını qeyd etdiyi zaman baş verib.
Güclü partlayışdan sonra yanğın kənd meydanına yayılıb və tədbir iştirakçıları alovdan qaçmağa başlayıblar.